Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona haqqında serial çəkiləcək.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, serial “Amazon Studios” şirkəti tərəfindən ərsəyə gələcək.

Artıq baş rol ifaçıları da seçilib. Aktyorlar Nasereno Kasero, Xuan Palomino və Nikolya Qoldşmidt Maradonanın həyatını müxtəlif dövrlərdə oynayacaqlar.

Qeyd edək ki, Dieqo Maradona hazırda Meksikanın “Dorados de Sinaloa” klubunun baş məşqçisidir.