“Star TV”də yayımlanan “İstanbullu gəlin” serialının 3-cü mövsümünün ilk fraqmanı yayımlanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 21 sentyabr yerli vaxtla saat 22:00-da tamaşçılar qarşısına çıxacaq.

Fraqmandan da göründüyü kimi serialda yeni simalar var. Bunlar “Yaz”ın böyüklüyünü canlandıracaq aktrisa Ahsen Eroğlu, “Esma”nın baldızı “Ülfet Kavaklı” xarakterinə həyat verəcək aktrisa Meral Çetinkaya və onun rəfiqəsi “Günəş” rolunda oynayacaq Nihal Yalçındır.

Xatırladaq ki, Zeynəb Günay Tan və Dəniz Koloşun rejissorluğu ilə çəkilən serialda baş rollarda Aslı Enver və Özcan Dəniz çəkilir.