Yunis Cəfərov/ AzEuroNews.com ► ► ► Prezident yanında Kūtləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) Milli Məclisin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetinə maliyyə yardımı ayırmayıb.
AzEuroNews.com xəbər verir ki, buna cavab olaraq qəzetin rəhbərliyi və əməkdaşları Fondu boykot ediblər.
İlk xəbəri yayan cahan.info məlumat verib ki, bu haqda Rüstəm Rüstəmzadə adlı feysbuk istifadəçisi yazıb.
R.Rüstəmzadə qeyd edib ki, nə qəzetin baş redaktoru, nə də əməkdaşları KİVDF tərəfindən təşkil olunan tədbirlərdə iştirak edirlər.
Həmçinin, parlament qəzetinin jurnalistlərin Fondun keçirdiyi mūsabiqələrə qatılmır, açıq şəkildə boykota gedirlər.
Bu fakta sonuncu dəfə maliyyə ayrılarkən da rast gəlmək mümkündür. Belə ki, siyahıda parlamentin mətbu orqanının adı yoxdur. (http://kivdf.gov.az/news/421/…/)
“Azərbaycan”ın baş redaktoru deputat Bəxtiyar Sadıqovdur. B.Sadıqov Fondun Müşahidə Şurasının üzvlərindən biridir.
2016 ilində “Azərbaycan” qəzetinə KİVDF tərəfindən birdəfəlik maliyyə yardımı ayrılıb. (http://olaylar.az/news/sosial/186153)
Bütün bunlardan çıxan qənaət budur ki, deputatla fond arasında hansısa problemlər yaşanır.