Məşhur model Çağla Şıkel məhkəməyə verilib.

“Ölkə.Az” xəbər verir ki, modelin vergilərini ödəyəndə saxta sənədlərdən istifadə etdiyi iddia edilir.

İddianaməni İstanbul prokurorluğu hazırlayıb. Məlum olub ki, həqiqi alqı-satqıya uyğun olmayan saxta sənədlərdən istifadə edilib. Bununla da model vergidən yayınıb.

İddiaya əsasən, Çağla bu cinayətləri dalbadal edilib və prokuror onun 8 ildən 9 ilə qədər həbs cəzasını tələb edib.

Çağla isə mühasibinin onu aldatdığını iddia edərək şikayət edib. Qeyd edək ki, sözügedən mühasib Kıvanç Tatlıtuğu da aldatmışdı.