Amerikanın “SpaceX” şirkəti dünyada ilk dəfə Ayın ətrafına xüsusi sərnişin reysi təşkil etdiyini bildirib.

“Report”un məlumatına görə, bu barədə şirkət “Twitter” səhifəsində bildirib.

Şirkətin yaydığı məlumata görə, xüsusi sərnişin reysi “BFR” raket daşıyıcılarının köməyi ilə təşkil olunacaq. “SpaceX” bildirib ki, bu, kosmosun adi insanlara əlçatan olması üçün vacib addımdır.

Şirkət sentyabrın 17-də sərnişinlərə uçuşun məqsədini təqdim etmək niyyətindədir.