Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com

 

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► İtaliyada sığınacaq üçün qeydiyyata alındıqdan sonra Almaniyaya üz tutanlar geri qaytarılacaq. AzEuroNews.com xəbər verir ki, qanun Almaniya və İtaliya daxili işlər nazirlərinin anlaşmanı imzalamasından sonra qüvvəyə minəcək.

Almaniyanın daxili işlər naziri Horst Zeehofer məsələ ilə bağlı mətbuata “uğur” deyə qısa bir açıqlama verib.

Onun italiyan həmkarı Matteo Salvini isə, bildirib ki, anlaşma imzalanmayana qədər qaçqınların qaytarılması mümkün olmayacaq.

M.Salvini bu gün Vyanada məsələni Avropa Birliyi Daxili İşlər Nazirlərinin Konfransında müzakirə edəcəklərini də bildirib.

İtaliyan nazir vurğulayıb ki, anlaşma imzalandıqdan sonra orada göstərilən rəqəmdən artıq bir nəfər belə olsun qaçqın qəbul etməyəcəklər.

Məlumat üçün qeyd edək ki, Almaniya indiyənə kimi belə bir anlaşmanı İspaniya və Yunanıstanla edib.