Şəhriyar Əlizadə/ AzEuroNews.com ► ► ►  Almaniyanın daha bir şəhərində irqçiliyə qarşı etiraz aksiyası keçirilib. AzEuroNews.com xəbər verir ki, etiraz aksiyası Şimali Reyn Vestfaliya əyalətinin Haqen şəhərində baş tutub. Belə ki, şəhər sakinləri və əcnəbilərin olduğu yüzlərlə insan şəhərin mərkəzində toplanaraq son günlər Almaniyada baş qaldırmaqda olan irçiliyə qarşı olduqları müxtəlif şüar və çıxışlarla ifadə ediblər.

Xatırladaq ki, Almaniyanın Xemnits şəhərində 35 yaşlı alman vətəndaşı Danielin bir iraqlı və suriyalı tərəfindən qətlə yetirilməsindən sonra kütləvi aksiyalar keçirilib. “Neo-nazist” qüvvələrin iştirakı bu dinc aksiyaları iğtişaşlara çevrilsə də, polis gücünə yatırılıb. Daha sonra şəhərdə irqçilik əleyhinə 65 min nəfərin iştirakı ilə konsert keçirilib.