24 yaşlı müğənni Castin Biberlə 21 yaşlı model nişanlısı Heyli Bolduin ailə qurublar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, cütlüyün nikahı Nyu-Yorkda olub.

Castinlə Heyli gələn həftə isə kilsədə təşkil edilən mərasimlə dini nikaha daxil olacaqlar.

Xatırladaq ki, Biberlə Bolduin bu ilin iyulunda nişanlanıb.