Tezliklə xərçəng xəstəliyindən həyatını itirən rusiyalı sənətçi Janna Friske haqqında film çəkiləcək. Sənətçinin atasınıın verdiyi məlumata görə çəkilişə gələn il başlanılması planlaşdırlır.

AzEuroNews.com bildirir ki, filmdə Jannanın uşaqlıq, yeniyetməlik xatirələri, həmçinin Amerikadakı müalicəsindən sonrakı həyatı əks olunacaq. Filmin senaristi aktrisa ilə yaxından tanış olan Gennadi Kurkindir.

Filmdə əsas rolu isə Jannaya çox bənzəyən bacısı Natalia Friske canlandıracaq. Bildirilir ki, filmin bir hissəsi sənətçinin oğlu Platona həsr olunacaq.

senarist çəkiləcək filmin Rusiyada və ölkədən kənarda təqdim olunacağını bildirib.