İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti aya ilk səyahət edəcək turisti seçib. Beləliklə şirkət bu layihə ilə sıradan insanların kosmosa səyahət etmələri üçün önəmli bir addım atıb. Bu barədə məlumatı şirkət öz rəsmi Twitter hesabında paylaşıb.

AzEuroNews.com bildirir ki, daha öncə, şirkət Aya uçuşu 2019-cu ildə həyata keçirəcəyini açıqlamışdı. Xatırladaq ki, bəşər tarixində yalnız 24 nəfər Aya gedə bilib. Sonuncu uçuş 1972-ci ildə Amerika kosmonavtları tərəfindən həyata keçirilib.