Kanadalı mütəxəssislər insanın ömrünü uzadan və ürək xəstəliklərindən qoruyan effektiv və əlverişli üsul tapıblar. Həkimlərin sözlərinə görə hər gün içilən bir stəkan süd ürəyin işini xeyli yaxşılaşdırır.

AzEuroNews.com bildirir ki, aparılan tədqiqatlar sayəsində südün tərkibində olan mikroelementlərin  insanı ürək xəstəliklərindən qoruduğu məlum olub.

Mütəxəssislər uşaqlara üç süd məhsulundan istifadə etməyi məsləhət görürlər. Bunlar süd, yağ və qatıqdır. Ancaq bədəndə xolestrol səviyyəsini yüksəltməmək üçün bu qidaların yağlılıq dərəcəsinə diqqət edin.