Foto © panorama-news.de
Foto © panorama-news.de

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ►  Almaniyada 2017-ci ildə meşədə tapılan insan sümüklərinin 19 il öncə yoxa çıxan Mahmut Caner adlı Türkiyə vətəndaşına aid olduğu orataya çıxıb. AzEuroNews.com xəbər verir ki, M.Canerə aid sümüklər 2017-ci ildə Hessen Əyalətinin “Bischoffen Oberweidbach” bölgəsindəki bir meşədən tapılıb. “Qaçıb başqa bir yerdə həyatını qurdu” deyilən Mahmut Canerin qətlə yetirildiyi dəqiqləşdirilib.

Məlumat üçün qeyd edək ki.  Mahmud Caner 3 may 1999-cu ildə yoxa çıxıb. Alman polisi və prokurorluğu onun itkin düşməsi ilə bağlı işi 2000-ci ildə bağlayıb.

Hazırda Hessen Federal Daxili İşlər Nazirliyi bu cinayətin aydınlaşdırılmasına kömək edəcək şəxslərə 5 min avro pul mükafatı vəd edir.