Türkiyəli pop ulduz Murad Dalkılıç və aktrisa Hande Erçel münasibətlərinə birdəfəlik son qoyublar. “Qafqazinfo” xəbər verir ki, bir neçə həftədir gündəmdən düşməyən cütlük ayrılıb.   

Mətbuatda yayılan şayiələr öz təsdiqini tapıb və Dalkılıçla Hande yollarını ayırıb. “Hürriyet” qəzeti yazır ki, Hande Muraddan gözlədiyi mənəvi dəstəyi tapa bilməyib və yalnız qalmaq istəyib.

Onlar münasibətlərinə dost olaraq davam edəcəklər.  Cütlüyün yaxın dostları onların bir daha barışmayacaqlarını qeyd ediblər.