Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng vrub. AzEuroNews.com xəbər verir ki, Ərdoğan Paşinyandan 2 ay əvvəl Qarsda sərhədi keçdiyinə görə, erməni hərbçiləri tərəfindən saxlanılan 16 yaşlı Umut Alinin azad edilməsini istəyib. Paşinyan Türkiyə prezidenti ilə telefon danışığında Umut Alinin azadlığa buraxılacağı sözünü verib.

Umut Ali
Umut Ali

Məlumat üçün qeyd edək ki, Qarsın Akyaka qəsəbəsindən olan U.Alinin heyvanları yaylaqda otlayan zaman Ermənistan sərhəddini keçib. Heyvanlarını qaytarmaq üçün gedən 16 yaşlı gənci erməni hərbçiləri saxlayaraq əsirlər üçün nəzərdə tutulan həbsxanaya gətiriblər.

Alinin valideynləri iddia edir ki, ona Ermənistanda işgəncə verilib.

Ötən gün Umut Alinin bacısı 8 yaşlı Bengü Nisa Özmen sosial şəbəkə vasitəsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. O, qardaşının Ermənistandakı həbsxanadan buraxdırılmasını xahiş edib.