Horst Zeehofer / Foto © CSU
Horst Zeehofer / Foto © CSU

 

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyada miqrantlarla bağlı fəaliyyət göstərən tanınmış QHT-lər daxili işlər naziri Horst Zeehoferin istefasını tələb ediblər. AzEuroNews.com Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinə istinadən xəbər verir ki, Zeehoferin bu günlərdə Almaniyada “mövcud problemlərin anası immiqrasiyadır” deməsi bəzi mütəxəsislərin fikrincə əslində miqrantların əleyhinə açıq çağrışdır.

Vətəndaş cəmiyyəti təmsilçiləri yazdıqları açıq məktubda Zeehoferin bu fikrini qəti pisləyərək çağırışları dayandırmasını və istefasını tələb ediblər.

Onlar bildiriblər ki, nazirin bu kimi bəyanatlarından ekstrimistlər faydalana bilər. Onlar hesab edirlər ki, bu çağrışlar onlara qarşı yönəlib: “Biz özümüz və uşaqlarımız görünüşümüz, adımız, dini inanclarımıza görə özümüzü təhlükə altında hiss edirik”

Müraciət miqrantların müdafiəsi ilə məşğul olan 7 təşkilat tərəfindən imzalanıb.