NATO-nun İkinci daimi hərbi dəniz qrupunun döyüş gəmiləri Suriya sahillərinə yaxınlaşıb.

“Report” xəbər verir ki, bunu ixtisaslaşmış Qərb dəniz resurslarının monitorinq məlumatlarına istinadən “İnterfax” yazıb.

Bildirilir ki, indi Şərqi Aralıq dənizi ərazisində Kanada, Yunanıstan və Niderlandın hərbi dəniz qüvvələrinin gəmiləri keşik çəkir.

Bundan əvvəl Suriya sahillərində Böyük Britaniya Kral donanmasının 10 ədəd qanadlı “Tomaqavk” raketi ilə təchiz edilmiş “Talent” zərbəçi atom sualtı qayğıı da nəzərə çarpıb.

Ərazidə həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin azı 204 “Tomaqavka” ilə təchiz edilmiş gəmi qrupu var.