Bədənimizdəki önəmli orqanlardan olan böyrək qanı filtirləyərək orqanizmdən artıq maddələrin atılmasına kömək edir. Eyni zamanda bədənin turşuluq, maye balansını və  qan təzyiqini tənzimləyir. Bu qədər önəmli işləri görən orqanımızı qorumağın sirlərini AzEuroNews.com sizə təqdim edir:

Həddindən artıq protein qəbulu bədəndə ammonyak səviyyəsini artıraraq böyrəyin sürətlə işləməsinə şərait yaradır. Bu da getdikcə böyrəyin zəifləməsinə səbəb olur.

Susuzluq böyrəklərin ən böyük düşmənidir. Mütəxəssislər hər gün təxminən 10 stəkan su içməyi məsləhət görürlər.

Qan damarlarının daralması və sərtləşməsinə səbəb olan siqaret eyni zamanda böyrəklərə də zərər vurur.

Həddindən artıq spirtli içki qəbulu qanda turşuluğu artıraraq böyrək borularının tıxanmasına və daşın meydana gəlməsinə səbəb olur.

Özəlliklə qəbul edilən ağrı kəsicilər böyrəklərə zərər vuraraq əks təsir göstərə bilər. Dərmanların düzgün qəbul olunmaması böyrək çatışmazlığına səbəb olur.

B6 vitaminin əskikliyi böyrək daşı riskini artırır. Bu vitamini fısdıq, noxud və balıqdan almaq mümkündür.