“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsveçrənin Cenevrə şəhərinə uçuşlara başlayır.

“Report”a daxil olan məlumata görə, aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri, “Airbus – 319” markalı sərnişin təyyarəsi ilə həyata keçiriləcək.

Bakıdan uçuş yerli vaxtla saat 17:30-da baş tutacaq və təyyarə İsveçrə vaxtı ilə 19:35-da Cenevrəyə çatacaq. Geriyə dönüş isə yerli vaxtla saat 20:35-də baş tutacaq və təyyarə növbəti gün, Azərbaycan vaxtı ilə saat 04:20-də Bakıya çatacaq.