Mixail Kretşmerin / Foto © CDU
Mixail Kretşmerin / Foto © CDU

 

Hüquqşünas Əlövsət Əliyev:Bir vilayətin baş naziri əvvəlcədən ölkədən çıxarılacaq şəxslər barədə məlumat verməli deyil”

 

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyanın Saksoniya əyalətində qanunsuz miqrantların ölkədən çıxarılmasını sürətləndirmək haqqında qərar verə bilər.

“Saksoniyada yaşayan bütün sığınacaq axtaran şəxslərin təxminən yarısı ölkəni tərk etməlidirlər”. “Legat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a veriləm məlumatda deyilir ki,  bu ifadə Almaniyanın Saksoniya əyalətinin baş naziri Mixail Kretşmerin (CDU) tərəfindən “Tagesiegel am Sonntag” nəşrinə verdiyi müsahibədə qeyd olunub. Kretşmer Saksoniya Federal ərazisində hazırda 24 min qaçqın statusu axtaran şəxsin yaşadığını bildirib. Əlavə edib ki, qaçqın statusu üçün müraciət edənlərdən təxminən 11 750 nəfəri haqqında müvafiq prosedurlar başa çatıb və hüquqi baxımdan onların ölkədən çıxarılması təmin olunmalıdır.

Bu rəqəmlərlə nazir , “Hal-hazırda təxminən 11750 nəfərin geri qaytarılmalı ” olduğunu ifadə edib. Müsahibədə o da qeyd edilib ki, bu rəqəmlər yalnız sığınacaq uçun müraciət edən şəxslərə aid deyil.

“Ölkəni tərk etmək məcburiyyətində olanlar” dedikdə Almaniyada yaşamaq hüququ olmayan və ölkəni tərk etməli olan sığınacaq axtaran şəxslərlə yanaşı, digər əcnəbilər də nəzərdə tutulur. Onlara həmçinin viza müddəti bitmiş əmək miqrantları, təhsil müddəti başa çatan tələbələr və digər əcnəbilər, habelə sığınacaq axtaranların status almaq üçün müraciət etməyən ailə üzvləri də daxildir.

Saksoniyada ölkədən çıxarılması nəzərdə tutulan 11770 əcnəbinin 7655 nəfərini sığınacaq üçün müraciət edən və rədd cavabı alan şəxslər təşkil edir. Ölkəni tərk etməli olanların əksəriyyətini Hindistan və Rusiya vətəndaşlarıdır.

"Leqat" inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
“Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev

Mövzu ilə bağlı AzEuroNews.com-a danışan miqrasiya məsələləri üzrə ekspert, tanınmış hüquqşünas, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, Saksoniya Almaniyanın az qaçqın qəbul edən əylətlərindən biridir: “Bizdə olan  məlumata görə, orada təxminən  200 min əcnəbi qeydiyyatdadır. Saksoniya o qədər də qaçqın qəbul etmir. Saksoniyanın baş nazirinin vediyi müsahibə təbii ki, ictimaiət  tərəfindən normal qarşılanmayacaq. Mən də bunu doğru qəbul etmirəm. Bir vilayətin baş naziri əvvəlcədən ölkədən çıxarılacaq şəxslər barədə məlumat verməli deyil. Bu Almaniya Miqrasiya və Əcnəbilərlə iş üzrə Federal İdarənin (BAMF) səlahiyyətində olan bir şeydir”.

Ə.Əliyevin sözlərinə görə, Saksoniya əyaləti irqçiliyin mövcud olduğu ərazilərdəndir: “Orada olan həmvətənlərimizə ehtiyyatlı olmalarını tövsiyyə edirəm. Qanunsuz yaşayanların və sığınacaq almaqla bağlı şansı olmayanlara qayıdış proqramlarına müraciət etməyi tövsiyə edirəm. Saksoniya azərbaycanlıların ən az məskunlaşdığı ərazilərdəndir . Eyni zamanda qeyd edim ki, son aylar Almaniya  hökuməti Azərbaycan vətəndaşlarına qarşı müsbət qərarlar verir”.

Horst Zeehofer / Foto © CSU
Horst Zeehofer /Foto © CSU

Almaniyadakı bəzi  Qeyri Hökumət Təşkilatlarının (QHT) daxili işlər naziri Horst Zeehoferin istefasını tələb etməsinə münasibət bildirən ekspert vurğulayıb ki, Almaniyada irqçiliyi yayan qüvvələr mövcuddur: “Onlar və Bundestaqın bəzi deputatları açıq şəkildə bildirirlər ki, bu siyasətə H.Zeehofer dəstək verir. QHT nümayəndələri müraciətlərində qeyd etmişdilər ki, Almaniya artıq əcnəbilər üçün təhlükəli Avropa ölkəsinə çevrilib. Hesab edirəm ki, Almaniyada bu problemlər yaxın gələcəkdə öz həllini tapacaq. Bavariyadakı seçkilərdən sonra bu istiqamətdə düzgün proqnoz vermək olar. Çünki bu yaxınlarda  İsveçdə keçirilən seçkilər göstərdilər ki, Avropada millətçilərin çəkisi artır”.