Cənubi Koreya prezidenti Mun Çje İn təyyarə ilə Pxenyana yola düşüb.

Trend-in məlumatına görə, o, səfər zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.

KXDR paytaxtına Cənubi Koreya prezidenti ilə yanaşı təqribən 110- nəfər, o cümlədən məmurlar, heyət üzvləri və iş adamları da gediblər.

Bildirilir ki, sentyabrın 16-da Pxenyana Cənubi Koreya məmurlarından ibarət 90 nəfərlik nümayəndə heyəti də yola düşüb.