İlon Mask Aya gedəcək ilk turistin Yaponiyalı milyarder Yusako Maedzava olduğunu bildirib. Kaliforniyada baş tutan tədbirdə Maedzavanın 2023-cü ildə Aya səyahət edəcəyi açıqlanıb.

AzEuroNews.com bildirir ki, İlon Mask 2023-cü il üçün planlaşdırılan səyahətin 5 gün davam edəcəyini söyləyib.

Biznesmen Aya səfər etməyin çoxdan arzusunda olduğunu bildirib.Maraqlıdır ki, SpaceX şirkəti milyarderin bu səyahət üçün nə qədər ödəyəcəyini hələ də açıqlamayıb.