Koreya Respublikasının Prezidenti Mun Çje İn və Koreya Xalq Demokratik Respublikasının (KXDR) sədri Kim Çen In arasında Pxenyanda birbaşa danışıqlar başlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Koreya sammiti sentyabrın 20-dək davam edəcək.

Daha əvvəl Mun Çje İn Administrasiyasının yaydığı məlumata görə, tərəflər KXDR ilə ABŞ arasındakı dialoqun yenidən başlamasının mümkünlüyünü, bununla bağlı Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi, eləcə də təhlükəsizlik sahəsindəki problemləri müzakirə edəcəklər.