Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Azərbaycan gömrüyündə monopoliyanın iş adamlarının belini necə qırmasını, onların bazardan sıxışdırılıb çıxarılmasını, investisiya mühitinə sabotaj olmasını, büdcəyə milyardlarla zərbə vurmasını kim bilmir ki?!

Köhnə həqiqətdir, deyilib, yazılıb, göstərilib, status-kvo dəyişməyib. Amma bir də var, bu yırtıcı faktları biznes adamlarının öz dillərindən eşidəsən, onların başına gətirilən müsibətlərlə tanış olasan, bu vəziyyətə düşməyimizin səbəblərini, qiymətlərin bahalığının incəliklərini onlardan öyrənəsən.

Eldar Köçərli
Eldar Köçərli

AzEuroNews.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin, generallarının və inhisarçı mülkilərinin monopolist siyasətinin qurbanlarından biri də “Grafika” dəftərxana ləvazimatları və uşaq oyuncaqları mağazalar şəbəkəsinin sahibi Eldar Köçərlidir.

Səfər Mehdiyev
Səfər Mehdiyev

E.Köçərli dilə gələrək gömrük monoplistlərinin nə oyunlardan çıxdığını ifşa edib. O, feysbuk hesabında video reportaj təqdim edərək çıxışında bütün detalları açıqlayıb.

Onun gömrükdə yüklərin rəsmiləşdirilməsində üzləşdiyi çətinliklər, bazardan sıxışdırılıb çıxarılması, inhisarçı rəqibin invoys manipulyasiyalarla etdiyi saxtakarlıqlar video materialda geniş əhatə olunub.

E.Köçərli deyir ki, nar şirəsi istehsalı ilə də məşğul olub, Amerika, Çin və Rusiya bazarlarına çıxarıb, etiketdə Qarabağ haqda məlumat verib.

Amma dediyinə görə, nar şirəsi istehsal edən nazirlərdən biri (fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən “Jalə” şirələrini nəzərdə tutur) onu bu bazardan da sıxışdırıb çıxarıb. Çox sözü uzatmadan, həmin video materialə təqdim edirik: