Foto © Jesus Leal / pixabay.com
Foto © Jesus Leal / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Avstraliyada meyvələrin içindən tikiş iynəsi çıxması faktları artıb. AzEuroNews.com xəbər verir ki, indiyə kimi ölkənin 6 əyalətində mağazadan alınan çiyələklərdə və bananlarön içindən tikiş iynəsi çıxıb.

Ötən gün isə, Sidneydə mağazadan alınan almanın içindən tikiş iynəsinin çıxması ilə bağlı polisə məlumat daxil olub. Belə ki, bir qadının qızına soyduğu almanın içindən tikiş iynəsi çıxıb. O bununla bağlı dərhal polisə məlumat verib.

Artıq polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Meyvələrin içindən iynə çıxması hallarının artması əyalət başqanlarını da hərəkətə keçirib.

Belə ki, Avstraliyanın Kvinslend əyalətində meyvələrin içinə iynə qoyanın tapılması üçün hüquq-mühafizə orqanlarına kömək edəcək şəxslərə 100 min dollar pul mükafatı ayrılıb.