Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyaya səfərə gələcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kölndəki türk məscidinin açlışını edəcək. AzEuroNews.com xəbər verir ki, Türkiyə prezidentinin səfər proqramına 2017-ci ildə fəaliyyətə başlayan Köln Mərkəz Camesinin rəsmi açlışını etmək də daxil edilib.

Köln Mərkəz Camesindən AzEuroNews.com-a bildirilib ki, açlış tədbiri sentyabrın 29-na planlaşdırılıb. Məscidən həm də deyilib ki, bu tədbirin dəqiq keçirilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur. Buna səbəb isə, Ərdoğanın səfər proqramında dəyişiklik edilmə ehtimalının yüksək olmasıdır.

Xatırladaq ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib. Səfərin sentyabrın 28-də baş tutacağı gözlənilir.