ABŞ HDQ-nin “Harri Truman” təyyarə daşıyan gəmisinin rəhbərliyi altında hücum qrupu Aralıq dənizində əməliyyatlara başlayıb.

Trend-in məlumatına görə, əməliyyat NATO üzrə müttəfiqlərin, Avropa və Afrika tərəfdaş ölkələrin, koalisiya tərəfdaşlarının və ABŞ-ın Avropada və Afrikada milli təhlükəsizlik maraqlarının dəstəyini davam etdirmək üçün keçirilir.

6-cı donanmanın komandanı Layza Françettinin sözlərinə görə, qrupun Aralıq dənizində olduğu müddətdə dəniz əməliyyatlarının bütün spektrlərini işləmək planlaşdırılır.

Bildirilir ki, “Harri Truman” təyyarə daşıyan gəmisindən əlavə qrupa “Normandiya” raket kreyseri və bir neçə esmines daxildir.

Qeyd edək ki, hazırda Aralıq dənizində NATO ölkələrinin bir neçə döyüş gəmisi var.