Türkiyənin rəsmi qəzetində yayımlanan qərarla Türkiyə vətəndaşlığı qəbul etmək istəyən xaricilərin işi asanlaşıb.

“Ölkə.Az” xəbər verir ki, yeni qərara əsasən, türk vətəndaşlığı almaq istəyənlər üçün nəzərdə tutulan 2 milyon dollarlıq sərmayə 500 min dollara qədər azaldılıb.

Türkiyə prezidentinin imzaladığı qərara əsasən, türk vətəndaşlığı qazanmaq istəyənlər üçün nəzərdə tutulan 20-ci maddəyə dəyişiklik edilib. Bundan sonra vətəndaşlıq əldə etmək istəyənlər 2 milyon yox, 500 min dollar sərmayə qoya bilərlər.

Bundan başqa Türkiyədə daşınmaz əmlak sahibi xaricilərin vətəndaşlığa keçmək üçün minimum daşınmaz əmlak dəyəri 1 milyon dollardan 250 min dollara qədər azaldılıb.

Bundan başqa vətəndaşlıq əldə etmə şərtləri arasında olan ən az 100 nəfəri işlə təmin etmək ifadəsi 50 nəfər olaraq dəyişdirilib. Vətəndaşlıq hüququ əldə etmək üçün Türkiyədəki banklarda 3 milyon dollarlıq hesab 500 min dollara qədər azaldılıb.