Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Yaxın günlərdə Almaniyada ilk hidrogenlə çalışan qatarın istifadəyə veriləcəyi gözlənilir. AzEuroNews.com xəbər verir ki, Fransanın “Alstom” şirkəti tərəfindən hazırlanan qatarlar artıq istifadəyə hazırdır.

Onların ilk olaraq Aşağı Saksoniya əyalətində əhalinin xidmətinə veriləcəyi deyilir. Maksimum 140 km/s sürətə malik qatarlar bu ilin aprel ayında sınaqdan keçirilib. “Coradia iLint” adlı səssiz qatar ətrafa qaz yerinə su və buxar buraxır.

Aşağı Saksoniya əyalətində təxminən 100 kilometr bölgə üçün nəzərdə tutulan qatarların sayının  yaxın aylarda artırılacağı gözlənilir. Belə ki, Almaniya Fransanın “Alstom” şirkətinə daha 14 qatar sifariş verib.

Demək olar ki, heç səs çıxarmayan və ətrafa heç bir zəhərli maddə buraxmayan qatarların Almaniyada ətraf mühitin qorunmasına böyük qatqı verəcəyi gözlənilir.