Cənubi Koreya prezidenti Mun Çje İn Koreya yarımadasındakı tarixi zirvədən sonra açıqlamalar verib.

“Ölkə.Az” xəbər verir ki, Mun Çje İn açıqlamasında bildirib ki, Kim Çen İn nüvə mühərrik sınaq sahəsi və raket sınaq məntəqəsini sökmək barədə təklifi təsdiqləyib.

Cənubi Koreya lideri qeyd edib ki, ABŞ lazım olan addımları atsa, Şimali Koreya “Nyongbyon” nüvə kompleksini də sökə bilər. Zirvə görüşündən sonra Kim Çen İn və Mun Çje İn bəyannamə imzalayıblar. İki ölkə sərhədindəki bir kənddəki minalar təmizlənəcək. Kim Çen İn yaxın vaxtda Cənubi Koreyaya səfər edəcək.