Rusiyada səsdən sürətli “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Nijeqorod vilayətində baş verib.

Təyyarənin göyərtəsində təlimatçı və kursant olub. Qeyri-rəsmi məlumata əsasən, onlar katapult ediblər və sağ qalıblar.