Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► İstanbulda yaşayan azərbaycanlı iş adamı Etimat İsmayılov güllələnib. AzEuroNews.com xəbər verir ki, Floryadakı ofisində Gözəl Dəmirov adlı şəxs tərəfindən vurulan E.İsmayılov xəstəxana çatdırılsa da, həyatını xilas etmək olmayıb.

Xəstəxanada bildirilib ki, E.İsmayılovun başına 2, ürəyinə isə 1 güllə dəyib.

Hazırda polis qaçan şəxsin saxlanılması üçün İstanbul və ətrafında əməliyyat-axtarış tədbiri həyata keçirir.