Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni serial ilə ekranlara qayıdır.

“Ölkə.Az” xəbər verir ki, Tatlıtuğ reklam çəkilişlərindən qazandığı pulu saat kolleksiyasına qoyub. Məşhur aktyor 400 min lirə ödəyərək (105 min manat) yeni saat alıb. Bu saatdan Bred Pitt, Ceyson Stethem və Kərim Benzemada da var.

Kıvanç jurnalistlərin “Qocalmaqdan qorxursunuzmu?” sualına “Xeyir, qorxmuram. Yaşlanmaq gözəldir” cavabını verib.

Yeni bir serial ilə ekranlara qayıdacağını bildirən aktyor deyib:

“Bir az stresliyəm. Bir serial layihəmiz var. Yeni bir xarakter yaradanda çox stresli oluram. Yuxum qaçır. Yuxusuz gecələrim başlayır”.