İngilis mediası Hollivud ulduzu Anjelina Colinin nişanlanması ilə bağlı xəbər yayıb.

Axşam.az-ın məlumatına görə, həyat yoldaşı Bred Pitdən ayrıldıqdan sonra uzun müddət adı qalmaqallarda hallanan Coli həyatını tək davam etdirməmək qərarına gəlib.

Coli britaniyalı milyarderə ərə getməyə hazırlaşır. Onlar hətta bir neçə gün əvvəl nişanlanıblar. Toyun uzanmasına səbəb isə Anjelinanın Bredlə boşanmasının hələ də rəsmiləşməməsidir. Aktrisa üç ildir davam edən boşanma prosessi başa çatdıqdan sonra toy edəcək.

Gizli mənbənin verdiyi xəbərə görə, Coli və milyarder nişanlısı təmtəraqlı toy planlaşdırır. “Hətta övladları da analarının yenidən ailə qurmasına razıdırlar. Onlar Coliyə görə sevinirlər. Coli arzuladığı insanı tapdığına əmindir. O bilir ki, həmin şəxs onun övladlarına da yaxşı ata olacaq” deyə, cütlüyə yaxın olan mənbə bildirib.