Foto © Ralph / pixabay.com
Foto © Ralph / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Ötən ay Almaniyadan 15122 nəfər sığınacaq istəyib. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb. Məlumatda deyilir ki, avqust ayında sığınacaq üçün müraciət edənlərin toplam sayı 15122 nəfərdir.

Siyahıyada birinci yerdə yenə Suriya vətəndaşları qərarlaşıb. Avqustda 3403 suriyalı sığınacaq üçün Almaniyaya müraciət edib. Onları siyahıda 1464 nəfərlə İraq, 1243 nəfərlə Türkiyə vətəndaşları izləyib.

BAMF-dan bildirilib ki, gəldikləri ölkə haqqında məlumat verməyən və hardan gəldikləri müəyyən olunmayan şəxslərin sayı keçən ay 487 nəfər olub.

İyun 2018 İyul 2018 Avqust 2018
Ümumi 13.254 15.199 15.122
1. Suriya 3.002 3.786 3.403
2. İraq 1.252 1.415 1.464
3. Türkiyə 930 1.172 1.243
4. İran 740 862 1.208
5. Əfqanıstan 1.009 1.033 941
6. Nigeriya 935 944 829
7. Rusiya 391 437 552
8. Naməlum 424 449 487
9. Somali 417 463 456
10. Eriteriya 423 325 328