UEFA “Yuventus” klubunun hücumçusu Kriştiano Ronalduya qarşı intizam məsuliyyətli iş qaldırıb.

Modern.az “ESPN” nəşrinə istinadən xəbər verir ki, işə sentyabrın 27-də baxılacaq.

Xatırladaq ki, Ronaldu “Yuventus-Valensiya” oyununun 29-cu dəqiqəsində əks klubun müdafiəçisi Ceyson Murilonun saçından tutduğuna görə qırmızı vərəqə alıb.

Bu hadisə yəni Ronaldunun UEFA liqasından qovulması əfsanəvi futbolçunun karyerasında ilk belə hadisədir.

 

Qeyd edək ki, Ronaldu qırmızı vərəqdən sonra meydanı göz yaşları ilə tərk edib.