Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya səfəri öncəsi bu ölkədə olan Qeyri Hökumət Təşkilatları (QHT) etiraz aksiyasına hazırlaşır. AzEuroNews.com xəbər verir ki, Almaniya Jurnalistlər Dərnəyi (DJV) və “Amnesty International” təşkilatının birgə keçirəcəyi etiraz aksiyası Berlin mərkəzi qatar stansiyasında olacaq (Berlin Haupbahnhof).

Aksiyada Türkiyədəki mətbuat azadlığının boğulması, jurnalistlərin həbsə atılması, ümumilikdə fikir və söz azadlığının olmaması pislənəcək və müxtəlif şüarlar səsləndiriləcək.

Məlumat üçün qeyd edək ki, ötən gün Almaniya Kürd Cəmiyyəti Dərnəyinin Ərdoğan əleyhinə keçirəcəyi aksiyaya icazə verməyib.