Facebook prezidentlərə namizədlərin reklamı mövzusunda qərar qəbul edib.

Modern.az Bloomberg nəşrinə istinadən xəbər verir ki, sosial şəbəkənin rəhbərliyi artıq prezidentliyə namizədlərə dəstək verməyəcəyi qərarını alıb.

Facbook sosial şəbəkəsinin rəhbəri Mark Tsukerberq ABŞ-da 2016-ci ilin prezident seçkiləri zamanı Donald Trampa dəstək verdiyinə görə Konqres qarşısında cavab verməli olub.

Tsukerberq seçki zamanı bütün namizədlərə bərabər imkanlar tanıdığını ifadə edərək namizəd Hillari Klintonun bundan imtina etdiyini qeyd edib.

Bununla belə Facebook rəhbərliyi namizədlərə təməl dəstəyi göstərəcəyini də əlavə edib.

Tsukerberqin sözlərinə görə yalnız strateji dəstək göstərilməyəcək.

Qeyd edək ki, sosial şəbəkənin nümayəndələri siyasi reklam üçün xüsusi saytın yaradılması üçün işlər aparıldığını da bildiriblər.