ABŞ və Çin arasında qarşılıqlı sanksiyalar fonunda Çin tərəfi danışıqlardan imtina etmək qərarına gəlib.

Modern.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, Çin tərəfinin danışıqlardan imtina etmək səbəbi isə ABŞ tərəfinin danışıqları təzyiq metodu ilə aparmasıdır.

Belə ki, danışıqlar aparıldığı dövrdə ABŞ Çinə təzyiq üçün yeni sanksiyalar tətbiq edir.

Nəşrin danışıqlar barədə məlumatlı mənbələrə istinadən verdiyi xəbərdə bu metodun Çin tərəfini narazı saldığı və buna görə danışıqlardan imtina etməyi qərara aldığı bildirilir.

“ABŞ-ın etdikləri yaxşı niyyət və səmimilik təəssüratı yaratmır. Biz ABŞ tərəfinin öz səhvlərini düzəldəcək addımlar atacağına ümid edirik” – Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd edək ki, sentyabrın 17-də ABŞ prezidenti Donald Tramp Çin 200 milyard dollarlıq mallarına qarşı rüsum tətbiq edib.