Symbol Foto © Farhad Chagtürk/ AzEuroNews.com
Symbol Foto © Farhad Chagtürk/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com ►  Almaniyada daha bir Türkiyə vətəndaşına hücum edilib. AzEuroNews.com xəbər verir ki, hadisə Vislox şəhərində qeydə alınıb. Belə ki,  dondurma alan bir türkə “Heil Hitler” deyərək hücum edilib. Hücum edənlər 6 nəfər olublar.

Hadisədən sonra alman polisi Türkiyə vətəndaşına hücum edənləri saxlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, hücumçulardan biri 30 yaşlı polis əməkdaşı olub.

Hazırda olayı araşdırmaq üçün Vislox şəhər polis idarəsində 20 nəfərdən ibarət bir qrup təşkil edilib.