Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Belarusiyadan olan Mixail və Anastasiya telefon almaq üçün avtomobillə 18 saat yol gəliblər. AzEuroNews.com xəbər verir ki, yeni “İphone” modelləri üçün Belarusiyanın Qrodno şəhərindən Almaniyanın Köln şəhərinə gələn gənclər saatlarla növbədə gözləməli olublar.

Dünən Almaniyada “Apple” şirkətinə aid rəsmi satış mağazalarında yeni “İphone” modellərinin satışına başlanılıb. Demək olar ki, bütün mağazaların qarşısında uzun növbələr meydana gəlib. Hətta Köln şəhərindəki mağazanın qarşısında telefon almaq üçün səhər saat 8-dən axşam 6-a kimi gözləyənlər də olub.

Mixail və Anastasiya / Foto © "Bild" qəzetində dərc edilib
Mixail və Anastasiya / Foto © “Bild” qəzetində dərc edilib

Belaruslu gənclərin sözlərinə görə, onlar telefonu almazdan əvvəl internet vasitəsi ilə mağazadan görüş vaxtı (Termin-almanca) alıblar. Daha sonra yaşadıqları Belarusiyanın Qrodno şəhərindən üzü Köln istiqamətində yola düşüblər. Avtomobillə 18 saat davam edən səyahətin və 3-4 saatlıq növbədə gözləməyin nəticəsində onlar iki ədəd 177 və 208 qramlıq yeni “İphone” modellərini almağa müvəffəq olublar.

"Apple Store" - Köln / Foto © Fərahim İlqaroğlu
“Apple Store” – Köln / Foto © Fərahim İlqaroğlu