Foto © purpleroofs.com
Foto © purpleroofs.com

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyada eynicinsli şəxslərin nigaha daxil olmasına icazə verən qanunun qəbulundan bir il keçir. AzEuroNews.com xəbər verir ki, ötən bir ildə Almaniyda 7 min eynicinsli şəxs rəsmi nikaha daxil olub.

Təkcə paytaxt Berlində 1100-dən çox eynicinsli şəxsin nikah mərasimi baş tutub.

Məlumata görə, Kölndə 1056, Hamburqda 900, Münxendə 830 eynicinsli şəxs evlənib. Paytaxt Berlində evlənən hər dörd cütlükdən biri eynicinsli şəxslər olub.

Bavariya əyalətində isə, evlənən hər 9 cütlükdən biri eynicinslidir. Onların uşaq övladlığa götürmələri ilə bağlı hələlik statistik məlumat yoxdur.