Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən pivə festivalının açlışı olub. AzEuroNews.com xəbər verir ki, bu ilki festival sayca 185-cidir. 1 litr pivənin 11 avroya satıldığı festival  7 oktyabra kimi davam edəcək.

Açlış mərasimində Xristian Sosial Birlik (CSU) partiyasından olan Markus Zöder və Münhenin Sosial Demokratik Partiyasından  (SPD) olan bələdiyyə başqanı Dieter Rayter iştirak ediblər.

İki liderin siyasi mənsubiyyətləri ayrı olsa da, onların pivə içməsindən sonra festivalın rəsmən açıldığı elan edilib.

Bu il festivalı 6 milyon şəxsin ziyarət etməsi gözlənilir. İştirakçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə ərazidə 600 polis xidmət göstərir.

Festival 16 gün davam edəcək.