Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya səfər proqramının bəzi detalları məlum olub. AzEuroNews.com xəbər verir ki, Ərdoğan Almaniyanın baş naziri Angela Merkel ilə iki dəfə görüşəcək. Sentyabrın 28-də, səfərin ilk günü prezident iqamətgahında bir araya gələcək Merkel və Ərdoğan daha sonra nahar edəcəklər.

Sentyabrın 29-da səhər yeməyində bir araya gələn Merkel və Ərdoğan daha sonra mühüm məsələlər haqqında fikir mübadiləsi aparacaqlar.

Həmin gün Türkiyə prezidentinin Köln şəhərinə səfəri də nəzərdə tutulub. Ərdoğan burada 2017-ci ildə istifadəyə verilən “Köln mərkəz camesi”nin rəsmi açlışını edəcək.

Xatırladaq ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib.