Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Bu gün Almaniyanın üç böyük şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə etiraz aksiyası keçirilib.

AzEuroNews.com xəbər verir ki, paytaxt Berlinlə yanaşı Hannover və Düsseldorfda keçirilən etiraz aksiyasının əsas şüarı “İstənmirsən” olub.

Hər üç askiyada yüzlərlə insan iştirak edib. Berlindəki etiraz akasiyasında qaldırılan plakatda yazılan “Ərdoğan öldürür, Merkel həbs edir” şüar diqqət çəkib.

Məlumat üçün bildirək ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib. Səfər 28 sentyabrda baş tutacaq. Türkiyə prezidentinin Almaniya səfəri öncəsi və səfər günü ölkənin müxtəlif şəhərlərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılıb.