Avstraliyada boşanmaq istəyən cütlüklər üçün beş ulduzlu otel fəaliyyət göstərəcək. Məlum məsələdir ki, boşanma prosesi heç də asan deyil və bu müddət ərzində münasibətlər getdikcə gərginləşir. Boşanmaq istəyən cütlüklər Divorce otelə yerləşərək bir neçə günlük stress səviyyəsini azalda bilərlər.

AzEuroNews.com bildirilir ki, bu sadəcə bir otel deyil, eyni zamanda bütün bir proqramdır. Cütlüklər 48 saat ərzində iki ayrı VİP otaqlarda yerləşdirilir. Bu müddət ərzində onlar vəkil və psixoloqla görüşərək problemləri rahat şəkildə həll edirlər.

Otel sahiblərinin fikrincə rahat atmosfer, restoran, SPA stress səviyyəsini azaldaraq problemləri rahat şəkildə bölüşməyə kömək edir.

Bildirilir ki, 48 saatlıq proqram 8 min dollar məbləğində olacaq.