Müğənni Dilarə Kazımova sevənləri ilə görüşəcək. AzEuroNews.com News24.az-a istinadən xəbər verir ki, bir müddət öncə möhtəşəm “Azərbaycan” layihəsini təqdim edən ifaçı, bu dəfə pərəstişkarlarını imza gününə toplayacaq.

Tədbir 28 sentyabr saat 19:00-da “Gənclik Mall” AVM-də baş tutacaq.

Xatırladaq ki, Dilarə Kazımovanın daha bir imza günü 30 sentyabr saat 19:00-da “Gəncə Mall”-da keçiriləcək.