Foto © Qurban Ələkbərov
Foto © Qurban Ələkbərov

 

Fərhad Çağtürk / AzEuroNews.com ► Avropada yaşayan azərbaycanlılar mayor Əbdürrəhman bəy Fətəlibəylinin məzarını ziyarət ediblər. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyada yaşayan həmvətənimiz Qurban Ələkbərov “facebook”da məlumat paylaşıb.

Anım tədbirindən sonra həmvətənlərimizin iştirakı ilə yemək masası arxasında müxtəlif mövzularla bağlı birgə müzakirələr keçirilib.

Foto © Qurban Ələkbərov
Foto © Qurban Ələkbərov

Məlumat üçün qeyd edək ki,  II Dünya müharibəsində Almaniyada Azərbaycan legionuna rəhbərlik etmiş Əbdurrəhman bəy Dudənginskinin həyati və ölümü sirli və mübahisəli məqamlarla doludur. Əbdurrəhman bəy haqda tapılan, yazılan hər yeni məlumat böyük maraq doğurur.

Əbdürrəhman bəy Fətəlibəyli əslən Naxçıvanın Düdəngə kəndindən olduğundan Düdənginski təxəllüsünü daşıyırdı. Bir fərziyyəyə görə müharibənin əvvəllərində almanlara əsir düşmüşdü, digər iddiaya görəsə könüllü olaraq almanlar tərəfinə keçmişdi.

Ondan sonra Düdənginskinin əsas işi Almaniyada olan azərbaycanlı əsriləri azad etmək olub. O, Məhəməd Əmin Rəsulzadə ilə birləşərək, əsirlərin hüquqlarının artırılması yönündə iş görür. Almanların tərəfində sovetlərə qarşı vuruşan mayor Düdənginski sərkərdəlik məharətinə görə Almaniyada qəhrəman adı almışdı.

Düdənginski bütün sahələrdəki fəaliyyətində Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışıb. Həm II Dünya Müharibəsindən sonra yaradılan “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının, həm də mühacirətdə iki dildə çıxan “Azərbaycan” qəzetinin baş redaktoru olub.

Düdənginskinin son günləri Almaniyanın Münhen şəhərində keçib. Onun qətli azərbaycanlı casusun əli ilə gerçəkləşdirilib.