Bakı Böyük Britaniyanın paytaxtı Londonun “Heathrow” beynəlxalq aeroportundan səfər etmək üçün 10 məşhur olmayan, ancaq ən maraqlı şəhərlər arasında 4-cü yeri tutub.

“Report” “The Telegraph” nəşrinə istinadən xəbər verir.

Qəzet yazır ki, ötən il Azərbaycan paytaxtında ilk “Formula-1” Qran-prisi keçirilib. Müəllif Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Neft Şirkətin (SOCAR baş ofisi (SOCAR Tower) və ölkənin neft-qaz ehtiyatlarını əks etdirən Alov Qülləsi ilə birlikdə Bakını Dubaya (BƏƏ) bənzədib, həmçinin restoranlar və dükanlarla əhatə olunmuş kiçik Venesiyanı da turistlər üçün maraqlı olacağını qeyd edib. O, məqalədə şəhəri “Cazibədar və fərqliliklərlə dolu bir şəhər”, “Qədimilik və müasirliyin qarışımı” adlandırıb.