Türkiyənin Hatay vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.

Təkəri partlayan mikroavtobus dərəyə aşıb. Hadisə nəticəsində 8 nəfər ölüb, çox sayda insan yaralanıb.

Qəza baş verən əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.