Reytinqləri alt-üst edən “Maşın” realiti şousu yenidən start götürəcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “M Group Production” şirkətinin istehsalı olan layihə dekabr ayında başlayacaq.

Qeyd edək ki, Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə davam edən şounun 16-cı mövsümü sosial mediada və TV reytinqlərində rekorda imza atmışdı.